İran yenidən Birləşmiş Ərəb Əmirliklərinə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin məlumatında bildrilib.
“Cümə günü ölkənin hava hücumundan müdafiə sistemləri İrandan buraxılan iki ballistik raketi və üç pilotsuz uçuş aparatını zərərsizləşdirib.İnsident nəticəsində üç nəfər orta ağır xəsarət alıb”, deyə məlumatda qeyd olunub.
Nazirliyin açıqlamasında həmçinin bildirilib ki, İranın hücumları başlayandan indiyədək BƏƏ tərəfindən ümumilikdə 551 ballistik raket, 29 qanadlı raket və 2263 pilotsuz uçuş aparatı məhv edilib.
Hücumlar nəticəsində müxtəlif ölkələrin vətəndaşları daxil olmaqla ümumilikdə 230 nəfər zərər çəkib.
Ölənlərin sayı isə 13 nəfər təşkil edib. Onlardan üçü hərbçi, 10-u isə mülki şəxsdir. BƏƏ Müdafiə Nazirliyi ölkənin təhlükəsizliyi və sabitliyinə yönələn təhdidlərə qarşı tam hazırlıqlı olduqlarını vurğulayıb.
Bizim.Media
































































































