Almaniyanın qərbində yerləşən Sinzig şəhərində silahlı şəxslər bank filialına hücum edib.
Bizim.Media BİLD nəşrinə istinadla xəbər verir ki, hadisə zamanı naməlum silahlı şəxslər bank əməkdaşlarını girov götürüblər.
Şahidlərin sözlərinə görə, yerli vaxtla təxminən saat 09:00-da Volksbank filialına zirehli inkassasiya maşını yaxınlaşıb.
Sürücü avtomobildən düşdükdən sonra silahlı şəxs ona yaxınlaşıb və onu bank binasına aparıb. Daha sonra içəridə olan əməkdaşlar girov götürülüb.
Şəhərin mərkəzi polis tərəfindən tam mühasirəyə alınıb, bank binası ətrafında təhlükəsizlik zolağı yaradılıb. Əraziyə xüsusi təyinatlı qüvvələr cəlb olunub və helikopterlərdən hava nəzarəti aparılır.
Hazırda girovların azad edilməsi üçün əməliyyat davam edir.


Bizim.Media































































































