Şahzadənin futbol matçındakı davranışı gündəm oldu – FOTO

Hazırda oxunan: Şahzadənin futbol matçındakı davranışı gündəm oldu – FOTO

611944

Böyük Britaniya vəliəhdi, Uels şahzadəsi Uilyamın futbol matçındakı emosional davranışı gündəm olub.

Bizim.Media xəbər verir ki, həmin anların görüntüləri sosial şəbəkədə yayılaraq müzakirə yaradıb.

Belə ki, 43 yaşlı şahzadə sevimli komandası “Aston Villa”nın oyununa qatılıb və azarkeşin bütün emosiyalarını nümayiş etdirib.

Adətən protokolla məhdudlaşan şahzadə Uilyam bu dəfə oyun zamanı ucadan qışqırıb, qollarını yelləyib və yanında oturan dostlarını qucaqlayıb. Sevimli komandası həlledici matçda 4-0 hesabı ilə qalib gələrək gələn mövsüm nüfuzlu Çempionlar Liqasına vəsiqə qazanıb.
 

Sosial mediada istifadəçilər bunun Uilyamın əsl emosiyalarını göstərməsinin nadir bir nümunəsi olduğunu yazır.


İzləyicilər "O, saxtakarlıq maskasını atıb", "Nəhayət, əsl Uilyamı görürük!", "Uilyam tamamilə nəzarəti itirib ki, bu da onun statusundakı bir insan üçün nadir haldır" kimi şərhlər yazıblar.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin