Mayeləşdirilmiş təbii qazı daşıyan "MT Sarv Shakti" tankeri Hürmüz boğazını keçib.
Bizim.Media xəbər verir ki, bu barədə mənbələrə istinadən "ANI" agentliyi məlumat yayıb.
Marşall adaları bayrağı altında üzən gəmi Hindistanın şərqindəki Vişakhapatnam limanına doğru hərəkət edib. Gəmi 46 min tondan çox mayeləşdirilmiş təbii qaz daşıyır.
Gəminin göyərtəsində 20 heyət üzvü var. Onlardan 18-i Hindistan vətəndaşıdır.
Yükün qəbul edicisi dövlətə məxsus "Indian Oil Corporation" şirkətidir.
Tanker fevralın əvvəlində Fars körfəzi akvatoriyasına daxil olub və Dubay sahillərində yükü qəbul edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:49 / 02.05.2026
Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB
Hazırda oxunan: Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB
Hazırda oxunan: Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB
610806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































