Donald Tramp idrak testindən keçdi: Hansı suallar olub?

Hazırda oxunan: Donald Tramp idrak testindən keçdi: Hansı suallar olub?

610772

ABŞ Prezidenti Donald Tramp özünü koqnitiv testindən (idrak qabiliyyəti testi) keçən yeganə Amerika prezidenti adlandırıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə Florida ştatındakı çıxışı zamanı açıqlama verib.

“Mən üç koqnitiv testdən keçmişəm. Yeri gəlmişkən, onları əla nəticə ilə tamamlamışam. Mən koqnitiv testdən keçən yeganə prezidentəm. Obamanın bu testi keçə biləcəyini düşünmürəm. Birinci sual çox sadədir — şir, zürafə, ayı və köpəkbalığı. Onlar soruşurlar: Bunlardan hansı ayıdır?”, — deyə cənab Tramp bildirib.

Qeyd edək ki, aprelin sonunda Donald Tramp ABŞ prezidentliyinə və vitse-prezidentliyinə namizədlər üçün koqnitiv testlərin keçirilməsinin tərəfdarı olduğunu deyib.

Amerika prezidenti bu barədə Ağ Evdəki brifinqdən bir gün sonra "Truth Social" şəbəkəsində yazıb.

Həmin brifinqdə o, İranı Ukrayna ilə səhv salmış və 159 Ukrayna gəmisini batırdığını iddia etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin