SON DƏQİQƏ! Çin kosmik müharibəyə hazırlaşır

Hazırda oxunan: SON DƏQİQƏ! Çin kosmik müharibəyə hazırlaşır

609700

Çin kosmosu ayrıca hərbi əməliyyatlar məkanına çevirmək məqsədilə yeni texnologiyaların inkişafını sürətləndirir. 

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Pekinin əsas hədəfi rəqiblərin rabitə, naviqasiya, kəşfiyyat və silahların yönləndirilməsi üçün kritik əhəmiyyət daşıyan peyk infrastrukturunu sıradan çıxarmaqdır.

Nəşrin təqdim etdiyi məlumatlara əsasən, Çin bu istiqamətdə bir sıra konkret layihələr üzərində işləyir. Bunlar arasında digər kosmik aparatlara yaxınlaşaraq onların orbitini dəyişmək qabiliyyətinə malik Shijian-21 peyki xüsusi qeyd olunur.
 

Bundan əlavə, istənilən hava şəraitində və gecə-gündüz okean üzərində hədəfləri izləyə bilən müşahidə sistemləri, aşağı orbitdə yerləşən peykləri vurmaq üçün yerüstü raketlər, eləcə də geostasionar orbitdəki obyektlərə qarşı daha uzaqmənzilli vasitələrin hazırlanması diqqət çəkir.


Məqalədə qeyd olunur ki, Çin hərbi dairələrinin nəşrlərində mümkün “kosmik müharibə”nin mərhələləri də təsvir edilir.

Bu ssenarilərə ilkin olaraq kiberhücumlar və radioelektron müdaxilələr, daha sonra peyklərin “kor edilməsi” və bloklanması, növbəti mərhələdə isə onların fiziki məhv edilməsi daxildir. Eyni zamanda, orbitdən yerüstü infrastruktura zərbələr endirilməsi ehtimalları da nəzərdən keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin