Makron: “Avropa İttifaqı NATO-dan daha güclüdür”

Hazırda oxunan: Makron: “Avropa İttifaqı NATO-dan daha güclüdür”

609448

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının kollektiv müdafiə mexanizmini NATO-dakı müvafiq öhdəlikdən daha güclü hesab etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, Makron bu barədə Yunanıstana səfəri zamanı açıqlama verib.

Fransa liderinin sözlərinə görə, Avropa İttifaqı haqqında müqavilənin 42.7-ci maddəsində nəzərdə tutulan qarşılıqlı müdafiə öhdəliyi “sarsılmazdır” və hücuma məruz qalan istənilən Aİ üzvünə digər ölkələrin yardım göstərməsini nəzərdə tutur.

Makron bildirib ki, bu mexanizm mahiyyət etibarilə NATO-nun 5-ci maddəsindən daha güclüdür, çünki Aİ ölkələri arasında həmrəylik öhdəliyinə şübhə yeri qoymur.
 

Onun bu açıqlaması ABŞ Prezidenti Donald Trampın NATO-nu “kağız pələng” adlandırmasından sonra səslənib. Tramp alyansın İrana qarşı müharibədə Vaşinqtona lazımi dəstək vermədiyini bildirib.


Makronun sözləri Avropanın ABŞ-ın təhlükəsizlik zəmanətlərinə əvvəlki kimi arxalana bilməyəcəyi ssenariyə hazırlaşdığı barədə müzakirələri yenidən gündəmə gətirib.

Fransa lideri vurğulayıb ki, Avropa artıq öz müdafiə imkanlarını gücləndirməli və təhlükəsizlik məsələlərində daha müstəqil davranmalıdır.

Beləliklə, Avropada strateji muxtariyyət məsələsi artıq təkcə nəzəri müzakirə deyil, real siyasi xətt kimi formalaşmağa başlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin