Slovakiyada hökumət dövlət büdcəsində yaranan kəsiri azaltmaq məqsədilə iki rəsmi bayramın təqvimdən çıxarıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, yeni qərara əsasən, 8 May - Faşizmə qarşı Qələbə Günü və 15 Sentyabr - Müqəddəs Məryəm Günü artıq rəsmi istirahət günü kimi qeyd olunmayacaq.
Qərarın əmək bazarında məhsuldarlığı artıracağı və dövlət xərclərini azaldacağı qeyd edilib.
Lakin yeni qərar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar dəyişiklikləri dəstəkləsə də, tarixi və dini dəyərlərin zəifləyəcəyini əsas gətirərək, bu qərara etiraz edənlər də olub. (mətbuat.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:45 / 16.04.2026
2 rəsmi bayramı ləğv etdilər
Hazırda oxunan: 2 rəsmi bayramı ləğv etdilər
Hazırda oxunan: 2 rəsmi bayramı ləğv etdilər
607427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































