Macarıstanlı siyasətçi Zsolt Heqedusun ölkədə keçirilən parlament seçkilərində tarixi qələbə qazanan “Tisza” partiyasının lideri Peter Madyarın qələbə çıxışından sonra səhnədə etdiyi rəqs gündəm olub.
Bizim.Media xəbər verir ki, qələbə mitinqi zamanı səhnəyə çıxan Heqedusun ritmik və sərbəst rəqsi tədbirdə iştirak edənlər tərəfindən alqışlarla qarşılanıb.
Sosial şəbəkə istifadəçiləri də siyasətçinin qeyri-adi və səmimi davranışını müsbət qarşılayıblar.
Xatırladaq ki, Macarıstanda keçirilən parlament seçkilərində sağ-liberal yönümlü “Tisa” partiyası qələbə qazanaraq konstitusion çoxluq əldə edib. Partiya 199 yerlik parlamentdə 138 mandat qazanıb. Artıq hazırki Baş nazir Viktor Orban rəqiblərini qələbə münasibətilə təbrik edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:37 / 14.04.2026
Qələbə rəqsi viral oldu - Video
Hazırda oxunan: Qələbə rəqsi viral oldu - Video
Hazırda oxunan: Qələbə rəqsi viral oldu - Video
606947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































