Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

Hazırda oxunan: Klinton: ABŞ İranla çox zəif danışıqlar mövqeyindədir

606941

Keçmiş ABŞ dövlət katibi Hillari Klinton ABŞ-ın İranla çox zəif danışıqlar mövqeyində olduğunu bildirib.

Bizim.Media bu barədə “Fox News”a istinadla xəbər verir.

"ABŞ-ın hazırda İranla çox zəif danışıqlar mövqeyində olmasından narahatam", - deyə Hillari Klinton vurğulayıb.

Klinton bildirib ki, ABŞ İranla danışıqlara sıfırdan başlamalı, həqiqətən nüvə silahlarından başı çıxan insanları gətirməli olacağıq.
 

"Beləliklə, biz indi zəiflədiyimiz, sahib olduğumuz təsir gücü və təşəbbüsü itirdiyimiz bir vəziyyətdəyik. Mən Trampın iyun ayında nüvə obyektlərini bombalamasını dəstəklədim. Mən bunun uyğun və məhdud strateji məqsəd olduğuna inanırdım. Amma mən onun İrana qarşı anlaşılmaz hücumuna qarşı çıxdım", - deyə o qeyd edib.


Klinton bildirib ki, ABŞ vacib insanlarla sərt danışıqlara qayıtmalıdır.

"Və mən şəxsi təcrübəmdən bilirəm ki, [İsrail Baş naziri Benyamin] Netanyahu əvvəlki Amerika prezidentlərini İranla qeyri-müəyyən müharibəyə razı salmağa necə çalışıb və mən İranla heç bir bir real nəticəsi olmayan bir istəyə razı olmaqdan imtina etmişəm", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin