İranda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib - VİDEO

Hazırda oxunan: İranda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib - VİDEO

579142
İranın Boyer-Əhməd şəhristanının mərkəzi şəhəri Yasucda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
 
Partlayışdan dərhal sonra ərazidə güclü yanğın başlayıb.
 
İranın sosial şəbəkə istifadəçiləri tərəfindən yayımlanan videoda şiddətli alovun bir neçə metr yüksəkliyə qalxdığı görünür.  
 
Hələlik partlayışın hansı səbəbdən baş verdiyi bildirilmir.

Mənbə: Tasnim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin