Ərdoğan ən yaxın dostuna vəzifə verdi

Hazırda oxunan: Ərdoğan ən yaxın dostuna vəzifə verdi

53875
Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir olması üçün adı Əhməd Davudoğlu ilə yanaşı çəkilən Binali Yıldırıma müşavir vəzifəsi verib. İllərdir Ərdoğan hökumətində nəqliyyat naziri olan Yıldırım bələdiyyə seçkisində İzmir şəhərindən namizəd olduğu üçün nazir vəzifəsindən istefa vermişdi. 

Məlumata görə, millət vəkili olduğundan təyinatı rəsmən həyata keçirilməyən Binali Yıldırım 2015-ci il parlament seçkisinə qədər qeyri-rəsmi prezidentin xüsusi müşaviri vəzifəsini icra edəcək. 

Qeyd edək ki, Ərdoğanın ən etibarlı adamlarından olan Binali Yıldırım 1994-cü ildən bəri Ərdoğanın rəhbərliyindəki müxtəlif dövlət strukturlarında yüksək vəzifələrdə çalışıb. (ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin