Rusiyaya göydən zərbə endirildi

Hazırda oxunan: Rusiyaya göydən zərbə endirildi

44741
Bu gecə Rusiyanın Murmansk şəhərinin yaxınlığında iri meteorit müşahidə edilib. 

Moderator.az-ın məlumatına görə, şəhər sakinləri mobil telefonlarla və video kameralarla bir neçə saniyə davam edən parlaq partlayışı çəkə biliblər. Ehtimal edilir ki, meteorit Yer səthindən xeyli yüksəkdə yanıb, buna görə də zərər vurmayıb. Meteoriti həmçinin Severomorsk, Apatitov, Kirovsk, Koaşva kimi yaşayış məntəqələrinin sakinləri müşahidə ediblər.

Xatırlada qki, 15 fevral 2013-cü il tarixdə isə Rusiyanın Çelyabinsk vilayətinin səmasında meteorit müşahidə edilmişdi. Alimlər müəyyən etmişdi ki, Yer atmosferinə daxil olanda həmin obyektin ağırlığı 11 ton olmuşdu və atmosferdə o, xırda hissələrə parçalanmışdı. Bu, 1908-ci ildə düşmüş Tünqus meteoritdən sonra Yer atmosferinə daxil olmuş ən iri kosmik obyekt olub. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin