ABŞ-da hərbi hissə yanır

Hazırda oxunan: ABŞ-da hərbi hissə yanır

34913

Cənubi Kaliforniyada baş verən meşə yanğını "Kemp-Pendlton" hərbi hissəsinin ərazisinə də yayılıb. Moderator.az  "İtar-Tass" agentliyinə istinadən xəbər verir ki, yanğın yeri yaxınlıqda olan yaşayış korpuslarından 230 sakin və hərbi hospitaldan 30 pasiyent başqa ərazilərə evakuasiya edilib.
Meşə yanğınlarının şənbə günü baş verdiyi barədə məlumat verən Kaliforniya hökumət rəhbərliyi, güclü küləyin olması yanğının sürətli yayılmasına səbəb olub. 

Hazırda 600 hektardan çox ərazi tamamilə yanaraq məhv olub. Yanğınla mübarizəyə 200-dən çox yanğınsöndürən dəstəsinin cəlb edildiyi, əməliyyatda vertolyotlardan da istifadə olunduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin