İranda qadın şəkillərindən reklam məqsədilə istifadə etmək qadağan edilib. Moderator.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, İran İslami Mədəniyyət Nazirliyi məhsul və xidmət reklamlarında qadın şəkillərindən istifadə edilməsini qadağan edib.
Məlumata əsasən, nazirlik tərəfindən Tehran Mətbəəçilər Birliyinə göndərilən ərizədə bütün mətbəə işçilərindən çap etdikləri reklamlarda qadın şəkillərindən istifadə etməməyi istəyib.
“Qadın şəkillərinin hər hansı məqsədlə istifadə edilməsinin qanunlara zidd olduğu” bildirilib. Nazirlik bundan əvvəl xarici mifoloji və cizgi film obrazlarının da reklamlarda istifadə edilməsini qadağan edib.

- A-
- A
- A+
Dünya
20:24 / 05.10.2013
İranda qadınlara daha bir yasaq
Hazırda oxunan: İranda qadınlara daha bir yasaq
Hazırda oxunan: İranda qadınlara daha bir yasaq
34852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































