Türkmənistanda ilk dəfə: seçki iki partiyanın iştirakı ilə keçiriləcək

Hazırda oxunan: Türkmənistanda ilk dəfə: seçki iki partiyanın iştirakı ilə keçiriləcək

34393

Türkmənistan Respublikasının tarixində ilk dəfə parlament seçkisi iki partiyanın iştirakı ilə keçiriləcək.

Moderator.az xəbər verir ki, 15 dekabr seçkisində 1991-ci ildə yaradılmış və 2013-cü ilin avqustuna qədər prezidentin rəhbərlik etdiyi Demokrat Partiyası ilə 2012-ci ildə qurulmuş, dövlət başçısını dəstəkləyən Sənayeçilər və Sahibkarlar Partiyası mübarizə aparacaq. 

Türkmənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki kampaniyası oktyabrın 5-dən start götürür. Namizədliyin irəli sürülməsi prosesi oktyabrın 16-dan noyabrın 14-nə qədər, onların qeydiyyatı isə oktyabrın 26-dan noyabrın 20-nə qədər davam edəcək.

125 nəfərlik Türkmənistan parlamenti 5 il müddətinə seçilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin