Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladimir Putinin sədrliyi ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda əsas müzakirə predmetindən biri də Şimali Qafqazda korrupsiya cinayətlərinin görünməmiş həddə çatması olub. Putin bildirib ki, 2013-cü il ərzində Şimali Qafqaz regionunun çinovnikləri federal büdcədən ayrılan vəsaitlərin ən azı 6,5 milyard rublunu oğurlayıblar. Dəhşətli statistikanı dilə gətirən prezident yarım ildə bu subyektdə 1600 korrupsiya cinayəti törədildiyini deyib və əlavə edib ki, bu, hər günə ən azı 10 cinayət törədilməsi deməkdir. Putin qəzəbli şəkildə müvafiq mərkəzi və adıçəkilən regionun məmurlarını bərk danlayıb və bəyan edib ki, Şimali Qafqazda baş verən korrupsiya cinayətləri Rusiya Federasiyasının digər subyektlərinə nisbətən daha çoxdur və elə bu da bu bölgədə kriminogen durumun gərginləşməsinə səbəb olan bəlalardan biridir.

- A-
- A
- A+
Dünya
10:22 / 10.09.2013
Təhlükəsizlik Şurasında korrupsiya həyəcanı
Hazırda oxunan: Təhlükəsizlik Şurasında korrupsiya həyəcanı
Hazırda oxunan: Təhlükəsizlik Şurasında korrupsiya həyəcanı
33574
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































