“Qadın poeziyası” varmı?

Hazırda oxunan: “Qadın poeziyası” varmı?

270238
Əlbəttə, söhbət, əsasən, bizim ədəbiyyatdan, bizim poeziyadan gedir.
Bəri başdan qeyd etmək istəyirəm ki, bu müxtəsər yazıda başlığa çıxarılan suala hökm şəklində (“hə” və ya “yox” deyə) cavab vermək niyyətində deyiləm. Və elə sonrakı mülahizələrim də, əsasən, (yenə də “əsasın”)xa0 sual şəklində olacaq.
“Qadin poeziyası” nədir?xa0
Qadınların öz daxili aləmini qələmə alması, yoxsa qadınların poeziyası, yəni onların yazdıqı, qələmə aldığı şeirlər?
Əgər qadınlar haqda qadın deyil, kişi şair də yazırsa,xa0 bu poetik nümunələr dəxa0 adı çəkilən mövzuya müncər oluna bilərmi?
Məlumdur ki, dilimizdə cins anlayışını ehtiva edən şəxs əvəzlikləri və şəkilçilər yoxdur.xa0 Elə isə bizdə şeir yazan kişiyə “şair”, şeir yazan qadına isə “şairə” demək nə dərcədə qanunauyğundur?
İnkar etmək olmaz ki, qadınlarla, onların daxili aləmi ilə bağlı ən gözəl şeirləri kişi şairlər yazıb. Həmin şeirləri də “qadın poeziyası” nümunəsi hesab etmək olarmı?
Bəlkə “qadin poeziyası”nın əsl nümunələrini nə qadın, nə də kişi tekstlərində deyil, hansısa hibrit və ya qeyri-müəyyən “orta cinsin” yaradıcılığında aramaq lazımdır?
Rus tənqidçilərinin bir çoxu deyir ki, onların ədəbiyyatında “qadın nəsri” (yəni “qadın prozası”) var, amma “qadin poeziyası” mövcud deyildir. Əlbəttə, bunu məhz hamısı yox, “bir çoxu” deyir. Bəs bizdə bu sahədə vəziyyət necədir?
Bəli, siyasətdə, elmdə, təsərrüfatda, peşələrdə “qadın-kişi” bölgüsü az qala yox dərəcəsindədir. Bəs poetik “bölgüdə” necə, belə bir “ayrıseçkilik” varmı? Bəlkə belə “bölgü” aparmaq yersizdir, yanlışdır?
Poeziyada cinslərdən dolayı psixologiya, fiziologiya, psixofiziologiyanın hansısa bir rolu varmı? Bəlkə poeziyada, ümumiyyətlə, ədəbiyyatda heç yerli-dibli “cins” anlayışı olmamalıdır?
Poeziyada lirik qəhrəman “biz” çoxluğuna,xa0 yoxsa “mən” fərdiliyinə üstünlük verməlidir? Başqa sözlə, lirik mənin “ümumiliyi”, yoxsa “xüsusiliyi” aparıcı olmalıdır?
Gender probleminin “poetik həllində” kim daha “irəlidədir”- kişi, yoxsa qadın şairlər? Bəlkə bu sahədə də “bərabərlik”, “balanslaşma”xa0 mövcuddur?
Bir də görürsən ki, hansısa bir “şairə” (yəni qadın şair) öz sevimlisinə “canım, gülüm, şirinim-şəkərim, həyatım, mələyim”-deyə, difiramba dolu müraciətlər ünvanlayır və onda istər-istəməz düşünməli olursan ki, yəqin bu xanım ya hansısa kişinini imitasiya edir, ya da ki, kişi “duyğuları” ilə yaşayır. Elə deyilmi? Və ya bəlkə bu cür “əzizləmələri”, “oxşamaları” daxa0 da məqbul hesab etmək lazımdır?
Qadın qəlbinin gizlinlərinə baş vuran dahiyanə poetik nümunələr var və həmin nümunələrin müəllifi kimi, ilk növbədə məhz qadın şairlər yada düşür. Bu mövzu üzərində gəzişərkən biz istər-istəməz, məsələn,xa0 rus poeziyasında Svetayeva, Axmatova və Axmadulina, amerikan poeziyasında Emili Dikson və Marianna Mur, Ukrayna poeziyasında Lina Kostenko, yapon poeziyasında İbaraqi Noriko,xa0 macar poeziyasında Sabina Uqi, fransız poeziyasında Luiza Berten və Broda Martina,xa0 gürcü poeziyasında Nino Darbaiseli... kimi isimləri xatırlarmalı oluruq.xa0
Vaxtilə məşhur Anna Axmatovanın məşhur bir şeirində belə misralar vardı:
«Я научила женщин говорить…
Но, Боже, как их замолчать заставить!»
xa0(“Danışmaq öyrətdim mən qadınlara...
Tanrı, bəs susmağı kim öyrədəcək!”)
İndi bizdə də danışmağı öyrənən (və ya öyrənməyən) xeyli qadın şair var. Amma yazmağı (və ya yeri gələndə susmağı) öyrənənlər necə, çoxdurmu?
Əlbəttə, poeziyada və ümumiyyətlə, ədəbiyyatda mövzular “qadın-kişi” paradiqmaları üzrə bölünməyib. Məsələn, vətənpərvərlik, hərb, təbiət, dostluq, düşmənçilik... mövzusunda hər iki cinsin nümayəndələri yaza bilər və yazırlar da. Amma bu mövzulara yanaşmada fərqli nüanslar olmalıdır, yoxsa yox?
Niyə gizlədək, bizim poetik şifahi xalq ədəbiyyatında, folklor nümunələrində kişi və qadın “fərqi” daha aydın görünür. Belə ki, eşitdiyimiz poetik parçanın kim tərəfindən səsləndirildiyi, yəni onun naməlum müəllifinin kişi və ya qadın olduğu anındaca, elə az qala ilk misradan bilinir. Amma yazılı ədəbiyyata belə bir bədii-psixoloji-estetik-etik “sərhədd situasiyası” nadir hallarda nəzərə çarpır.
Yenə sözümün əvvəlinə qayıdıram. Poeziyanın “cinslərə” ayrılması nə dərəcədə doğru hesab edilə bilər? Bəlkə belə bir konkret “bölgüdənsə”, “ümumən” poeziya haqqında danışmaq daha məqsədəuyğundur?
Zənn edirəm ki, səslənən sualların cavablandırılmasında təkcə poetik təsərrüfatda külüng vuran şairlərin, tənqidçilərin və ədəbiyyatçıların deyil, ədəbiyyatı sevən, duyan, qiymətləndirən oxucuların daxa0 fikirləri maraq doğura bilər.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
xa0Firuz Mustafa, Yazıçı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin