Haitidə baş verən zəlzələdə azı 11 nəfər ölüb - YENİLƏNİB

Hazırda oxunan: Haitidə baş verən zəlzələdə azı 11 nəfər ölüb - YENİLƏNİB

242812
Haitidə baş verən zəlzələ zamanı azı 11 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" ölkə hökumətinin təmsilçisinə istinadən məlumat yayıb.

Qeyd edək ki, ötən gün ölkənin şimal sahilində 5,8 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri paytaxt Port-o-Prensdən 175 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə qeydə alınıb.

***

Şənbə günü Haiti Respublikasının şimal sahilində 5,8 maqnituda gücündə zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri respublikanın paytaxtı Port-o-Prensdən 175 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin