Böyük Britaniyada İŞİD-in gənc üzvünə hökm oxundu - FOTO

Hazırda oxunan: Böyük Britaniyada İŞİD-in gənc üzvünə hökm oxundu - FOTO

235240
Böyük Britaniyada məhkəmə İŞİD-in gənc üzvü olan qıza hökm oxuyub. 18 yaşlı Safa Bular ömürlük həbs cəzasına məhkum edilib. O, yalnız 13 ildən sonra əfv olunması haqqında müraciət edə bilər.

Nəşrin yazdıqlarına əsasən, gənc qız məktəb imtahanlarına hazırlaşdığı zaman İŞİD yaraqlısı Navid Hüseyn tərəfindən terror qruplaşmasına cəlb edilib.xa0





Safa özündən 15 yaş böyük terrorçu ilə ailə qurmaq üçün Suriyaya getməyə cəhd göstərsə də, polis buna imkan verməyib. Navid daha sonra hərbi əməliyyatlar zamanı öldürülüb.

İstintaq materiallarına əsasən, Safa Bular böyük bacısı və anası ilə birlikdə Britaniya muzeyində terror aktı planlaşdırıb. Hakimin sözlərinə görə, planın tərtibində əsas rolu məhz Safa oynayıb.

Safa Buların bacısı da ömürlük həbs cəzasına məhkum edilib. Anası isə dəmir barmaqlıqlar arxasında 6 il 9 ay keçirəcək.(oxu.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin