“Facebook”un səhvi 14 milyon istifadəçini narazı saldı

Hazırda oxunan: “Facebook”un səhvi 14 milyon istifadəçini narazı saldı

228404

Tanınmış sosial şəbəkə “Facebook”un yeni səhvi onu yenə qalmaqala cəlb edib.

xa0

Modern.azxa0xəbər verir ki, yeni funksiyanın testini keçirən şirkət səhvən 14 milyon istifadəçinin şəxsi məlumatlarını ümumi istifadəyə açıq edib.

“Facebook”un proqram təminatında yeni funksiyaya görə buraxılmış səhv digər istifadəçilərə 14 milyon istifadəçinin şəxsi məlumatlarına giriş verib. Beləliklə proqram təminatı istifadəçilərin şəxsi məlumatlarını özləri gizlətsə belə hər kəsə açıq ayarlayıb.

xa0

Proqram təminatındakı səhv mayın 18-dən 27-nədək olan dövrdə edilən paylaşımlara aiddir. Həmin dövrdə yalnız xüsusi insanlar üçün belə edilən paylaşımlar da ümumi istifadəyə açıq ayarlanıb.

Şirkət rəhbərliyi artıq səhvin aradan qaldırıldığını və bütün ayarların əvvəlki vəziyyətinə gətirildiyini qyed edib.

xa0

Qeyd edək ki, bu səhv tanınmış sosial şəbəkənin istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi sahəsində ilk qalmaqalı deyil. Bundan əvvəl də şirkət “Cambridge Analytica” şirkətinə və telefon istehsalçılarına xa0istifadəçilərin şəxsi məlumatlarının ötürülməsi ilə əlaqədar qalmaqallar yaşayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin