“Lotu Quli” Türkiyəni tərk etdi

Hazırda oxunan: “Lotu Quli” Türkiyəni tərk etdi

224970
Cinayət aləmində “Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifov Türkiyəni tərk edib.

Bu barədə “Rosbalt” məlumatlı mənbələrə istinadən informasiya yayıb.

Mənbə onun Türkiyədən getməsini,xa0 Antalyada “qanuni oğru” Qayoza Zviadadzenin qətli ilə bağlı aparılan istintaqla əlaqələndirir.

“Rosbaltın”xa0 müsahibi, Nadir Səlifovun İstanbuldan təyyarə ilə Birləşmiş Ərəb Əmirliyinə uçduğunu və onun bir müddət körfəz ölkəsində qalmağı planlaşdırdığını söyləyib.

İddiaya görə, o, tanışlarına səfərin “həm ziyarət, həm ticarət” məqsədi daşıdığını, bir yandan orada dincələcəyini, digər yandan Əmirlikdə öz fəaliyyəti üçün yeni perspektivləri araşdıracağını bildirib.

Habelə “Rosbalt”a görə, qarət və hədə-qorxu gəlməklə pul qoparmaqda ittiham olan Səlifovxa0 barədə eyni vaxtda iki Rusiya məhkəməsi – Samara və Moskvanın Presnensk məhkəmələrinin həbs qərarı çıxardığını nəzərə aldıqda, onun B.Ə.Ə səfərinin sadəcə istirahət məqsədi daşıdığı inandırıcı deyil.

Buna baxmayaraq “Lotu Quli” hələ ki, İnterpolun xətti ilə beynəlxalq axtarışa verilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin