"Ərdoğan Əsədə "qatil" deməsin, çünki..." - Skandal açıqlama

Hazırda oxunan: "Ərdoğan Əsədə "qatil" deməsin, çünki..." - Skandal açıqlama

218389
Ərdoğanın davamlı olaraq Bəşər Əsədi tənqid etməsi, onu "qatil" adlandırması qəbuledilməzdir.

Bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək deyib.

“Türkiyə Suriya ilə işbirliyi quracağı təqdirdə etibarlı əməkdaş ola bilər. Əgər Ankara Dəməşqlə əməkdaşlıq etsə, nəinki Menbiç, bütün Suriya və İraqın şimalını əhatə edən təhlükəsizlik hərəkatında mühüm irəliləyişlər əldə edər”, - Perinçək bildirib.

Türkiyə mediası Perinçəkin bu açıqlamasını təqdim etməklə yanaşı, Bəşər Əsəd rejiminin davamlı olaraq Şərqi Qutada uşaq və qadınları qətlə yetirməsinə diqqət çəkib.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin