Türkiyə prezidentinin sözçüsü ABŞ-ın YPG-yə dəstək planını pisləyib

Hazırda oxunan: Türkiyə prezidentinin sözçüsü ABŞ-ın YPG-yə dəstək planını pisləyib

208142
Türkiyənin Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-ın Suriyanın nəzarət etdiyi ərazisində "sərhəd təhlükəsizliyi qüvvəsi" yaratmaq planını pisləyib.

O, Suriyanın ABŞ-ın nəzarət altında olan ərazisində Vaşinqtonun "sərhəd təhlükəsizliyi qüvvəsi" adlandırılan planının qəbuledilməz olduğunu bildirib.

"ABŞ terror təşkilatını qanuniləşdirən tədbir görür, Bu, narahatlığa səbəb olur və qəbuledilməzdir", - deyə o bildirib.

Kalın vurğulayıb ki, Türkiyə ölkənin daxilində, eləcə də onun hüdudları xaricində terrorizmlə istənilən mübarizə hüququnu özündə saxlayır.

"Türkiyə öz təhlükəsizliyinin təminatı üçün bütün tədbirləri görəcək", - deyə o qeyd edib.(report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin