ABŞ-da müəllim qaradərili şagirdi edamla hədələdi

Hazırda oxunan: ABŞ-da müəllim qaradərili şagirdi edamla hədələdi

207825
ABŞ-ın Ohayo ştatının orta məktəblərindən birində ağdərili müəllim afroamerikalı şagirdlərdən birini danladığına görə irqçilikdə ittiham olunur.
İnsident ötən ilin dekabr ayında baş versə də, fakt bu yaxınlarda ortaya çıxıb. 13 yaşlı şagirdin ifadəsinə görə, müəllim “dərslərini yaxşı oxumayacağı təqdirdə, Linç məhkəməsi (Linç məhkəməsi ”“ cinayət əməlində və ya hər hansı qəbul olunmuş ənənələri pozmaqda şübhəli bilinən şəxsin, istintaqsız-məhkəməsiz izdiham tərəfindən edam edilməsi - red.) ilə üzləşəcəyini söyləyib.

Məktəb rəhbərliyi bildirib ki, əslində, müəllim yeniyetmənin xətrinə dəymək istəməyib. Ancaq şagirdin bundan qəzəblənmiş anası müəllimin işdən kənarlaşdırılması tələbi ilə yerli qurumlara şikayət edib.

Xatırladaq ki, bundan əvvəl təhsil ocağında irqi zəminli qalmaqal yanvarın 11-də ABŞ-ın Viskonsin ştatının Miluoki şəhər məktəbində yaşanmışdı. Müəllim dördüncü sinif şagirdlərinə “quldarlığın üç əsas üstünlüyü”x9d mövzusunda inşa yazmağı tapşırmışdı. Bir çox şagird bu tapşırığı yerinə yetirməkdən boyun qaçırmışdı.(Oxu.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin