Avropadakı zəhərli yumurta böhranı İspaniyaya da sıçrayıb. Bask Muxtar Bölgəsində bazalarda 20 min zəhərli yumurta aşkar edildiyi açıqlanıb. Bask Səhiyyə Nazirliyi təcili nəzarət çağırışı edib.
Moderator.az xarici mediaya istinadən bildirir ki, Bask bölgəsində bir şirkətdə böcək dərmanı "Fipronil" ilə zəhərlənmiş 20 min yumurta aşkar edilib. İspan Qida Sağlamlığı, Qidalanma və İstehlakçı Agentliyindən bildiriblər ki, yumurtaların bazarlara paylanmadan xa0əvvəl müəyyən edildiyi, buna görə də xalqın sağlamlığı baxımından bir risk olmadığı bildirilib.
Səhiyyə Nazirliyi isə təcili nəzarət çağırışı edərkən yumurtaların yaxın günlərdə məhv ediləcəyini açıqlayıb.
Xatırladaq ki, Hollandiyada avqustun əvvəlində ferma heyvanlarında istifadə edilməsi qadağan olan Fipronil adlı böcək dərmanı yumurtalarda aşkar edilmişdi. Fransa Kənd Təsərrüfatı Nazirliyi zəhərli yumurtaların Fransaya satılmış olma ehtimalı üzərində istintaq başlayaraq tədbir görmüşdü. Fipronil qalıqlarının sənaye üsulu ilə hazırlanan sendviç, salat və müxtəlif qida məhsullarında də göründüyü xəbərdarlığı üzərinə Almaniyada yumurta və mayonez istifadə edilən 6 sənaye istehsal firmasının məhsullarının bazarlardan toplandığı açıqlanmışdı.xa0
Avropa Birliyi Komissiyasına görə, zəhərli yumurtalara İspaniya, Fransa, Slovakiya, Danimarka da daxil olmaqla 18 ölkədə rast gəlinmişdi.
Zəhra




































































































