Hərbi hissəyə hücum - Terrorçular 140 əsgəri öldürdü

Hazırda oxunan: Hərbi hissəyə hücum - Terrorçular 140 əsgəri öldürdü

176103
"Taliban”x9d silahlılarının Əfqanıstanın şimalındakı Bəlx əyalətindəki hərbi bazaya hücumu nəticəsində ölkə ordusunun azı 140 əsgəri həlak olub.
xa0
APA-nın "Reuters”x9də istinadən verdiyi məlumata görə, hərbi forma geymiş talibançılar aprelin 21-də cümə namazından sonra Məzari-Şərif şəhəri yaxınlığındakı hərbi hissəyə daxil olublar. Əvvəlcə kamikadze qapının ağzında özünü partladıb, sonra silahlılar iki pikapla hərbi hissəyə girərək atəş açmağa başlayıblar.
xa0
Əvvəlcə ABŞ mərkəzi komandanlığının nümayəndəsi Con Tomas 50 nəfərin öldüyünü açıqlayıb. Lakin Məzari-Şərif rəhbərliyindən olan məmur azı 140 hərbçinin öldüyünü, çoxlu sayda yaralının olduğunu deyib. Ölənlərin sayı arta bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin