Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada seçiciləri ilə görüş zamanı türk ordusunun Suriyada hərbi əməliyyatları davam etdirəcəyini, koalisiya dəstək verəcəyi təqdirdə Rakkanı belə azad edəcəklərini bildirib.
Türkiyənin Suriyadakı əməliyyatları davam etdirməsi türk ordusunun itkilərini artıra bilərmi? Öz vətəndaşlarına qarşı kimyəvi silah tətbiq edən Əsəd rejiminin türk ordusuna qarşı da kimyəvi silah tətbiq etməsi mümkündürmü?
Moderator.az-a açıqlama verən “Atlas”x9d Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Türkiyə birinci məqsədinə nail olub. “Fırat qalxanı”x9d əməliyyatı sona çatıb. Sərhəddində tampon, aralıq bir bölgə yaradıb. Suriya Azadlıq Ordusu bu tampon bölgəyə nəzarət edir. Lakin bu o demək deyil ki, Türkiyə gələcəkdə başqa hərbi əməliyaytlar keçirməyəcək. Indi əsas hədəf Rakkadır. Amma türk ordusu təkbaşına Rakkaya hücum edə bilməz. Bu, onun maraqlarına da uyğun deyil. Rakka terrorçuların əsas mərkəzlərindən biridir. Rakkaya hücum zamanı türk ordusu böyük itkilər verə bilər. Rakka daha çox Rusiya və ABŞ-ın başağrısına çevrilib. Türkiyənin mövqeyi bundan ibarətdir ki, əgər ABŞ və Rusiya Rakkanın azad edilməsində Türkiyəyə müraciət edərsə, Türkiyə öz rolunu oynayacaq.
Türkiyənin Rusiya və ABŞ-dan fərqli olaraq, Suriya ilə böyük bir sərhəddi var. Bu sərhəddən Türkiyə üçün təhlükə var. Əməliyyatın birinci mərhələsi başa çatsa da, Türkiyə Suriyada öz varlığını qorumaq istəyir. Çünki regional oyunçudur.
Kimyəvi silahın tətbiqinə gəlincə, Suriya hakimiyyəti öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə edib. Demək olmaz ki, bu, birbaşa Əsədin əmri ilə baş verib. Bu, komandirlərdən birinin əmri ilə də baş verə bilər. İndi bunu müxalifətin boynuna atırlar. Lakin müxalifətin belə bir addım atmasına ehtiyac yox idi. Çünki İdlib şəhəri onsuz da silahlı müxalifətin nəzarətində idi.
Mən inanmıram ki, Əsəd rejimi beynəlxalq terrorçulara qarşı mübarizə aparan bir orduya qarşı kimyəvi silah tətbiq etsin. Əksinə, beynəlxalq terrorçuların zərrəsizləşdirilməsi Əsədin özünə də xeyirdir. Türk ordusuna qarşı belə bir addımın atılması Rusiyanın da qəzəbinə səbəb olar. Lakin bütövlükdə Əsəd ordusu ilə türk ordusu arasında müəyyən yaxınlaşma olacağı təqdirdə toquşma da ola bilər. Ancaq bunun da baş verəcəyini düşünmürəm. Çünki Suriya ordusu Rakkaya yaxın məsafədə deyil. ABŞ və Rusiya isə Rakka ilə bağlı danışıqlar aparır. Bu danışıqların məğzini isə Rakkaya hücum planı təşkil edir”x9d.
xa0
Seymur Əliyev
xa0




































































































