Baş nazirin oğlu da istintaqda cavab verəcək - KORRUPSİYA

Hazırda oxunan: Baş nazirin oğlu da istintaqda cavab verəcək - KORRUPSİYA

165072

Sara Netanyahuya 105-157 min dollarlıq şampan hədiyyə olunduğu, oğlu Yairin isə milyarderlərin hesabına dünyanın ən bahalı hotellərində qaldığı iddia edilir.

Son vaxtlar korrupsiya halları ilə bağlı özü və xanımı mütəmadi olaraq istintaqa dəvət edilən İsrail baş naziri Binyamin Netanyahunun xa0oğlu da polisə çağırılaraq dindiriləcək.xa0

Moderator.az xəbər verir ki, bu haqda İsrail KİV informasiya yayıb. xa0Məlumatda bildirilir ki, bu günlərdə hökumət başçısının xanımı əri ilə birgə ifadə verib. xa0İstintaq xa0baş nazirə xa0bahalı siqar bağışlamış Hollivud ulduzu xa0Arnon Milçenin Sara Netanyahuya xa0400-600 min şekellik(təxm. 105-157 min dollar) şampan alması ilə maraqlanıb. Ancaq Netanyahular onlara verilmiş həddiyyələrin qiymətinin həddindən artıq şişirdildiyini bildiriblər.xa0

Xəbərdə deyilir ki, yaxın günlərdə İsrail başçısının oğlu Yair Netnayahu da polisə çağırılacaq. İstintaq xa0Yairi müxtəlif ölkələrin ən bahalı mehmanxanalarında xa0milyarderlərin hesabına qalması iddiaları ilə bağlı dindirəcək.




Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin