Mərakeş zooparkında fil azyaşlı qızı daşla öldürdü

Hazırda oxunan: Mərakeş zooparkında fil azyaşlı qızı daşla öldürdü

146014
Mərakeşin paytaxtı Rabat şəhərində zooparkda fil təsadüfən yeddi yaşlı qızı öldürüb.

Bu barədə cümə axşamı, iyulun 28-də, Daily Mail nəşri yazır.

Nəşrin məlumatına görə, iyulun 26-da azyaşlı qızın atası onu boynuna alaraq heyvanın qəfəsinin qarşısında birgə şəkil çəkdirmək istəyib. Bu zaman Assia ləqəbli fil yerdən çay daşını götürərək uşağa atıb.xa0

Aldığı xəsartdən azyaşlı huşunu itirib. Qızı yaxınlıqda yerləşən xəstəxanaya çatdırsalarda, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Zooparkın nümayəndələri hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiklərini bildiriblər. Qeyd olunur ki, ölən qızın ailəsi təhlükəszilik qaydalarını pozmayıblar.xa0

“Belə hadisələr çox nadir hallarda baş verir və onların qarşısını almaq mümkün deyil”x9d, - zooparkıın əməkdaşı deyib.

Qeyd edək ki, Rabat zooparkı 2012-ci ildə açılıb. Nəşr bildirir ki, dörd il ərzində bu ilk belə hadisədir.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin