Obama ilə Merkel arasında telefon danışığı olub

Hazırda oxunan: Obama ilə Merkel arasında telefon danışığı olub

145903
ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hər iki ölkə lideri terrorizmə qarşı birlikdə və prinsipial mübarizə aparmağı davam etdirmək arzusunda olduqlarını bildiriblər.

ABŞ prezideti və Almaniya kansleri son günlər baş verən terror hadisələrini xüsusi müzakirə ediblər. Barak Obama Almaniyada terror hücumlarında dünyalarını dəyişmiş şəxslərin ailələrinə başsağlığı verib.

Ölkə rəsmiləri həmçinin Ukrayna problemini, o cümlədən Minsk razılaşmasını diqqət mərkəzində saxlayıblar. ABŞ və Almaniya rəsmiləri bu məsələdə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıblar.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin