Dünyanın ən ləzzətli çörəkləri bu ölkələrdəymiş - FOTO

Hazırda oxunan: Dünyanın ən ləzzətli çörəkləri bu ölkələrdəymiş - FOTO

612128

Səhər yeməyindən şam yeməyinə qədər hər yeməyin ayrılmaz hissəsi olan çörək, müxtəlif ölkələrdə tamamilə fərqli dadlar alır. Dünya mətbəxlərindən ən yaxşı və ən populyar çörək növləri açıqlanıb.

Sarımsaq və yağlı nan (Hindistan)

Hindistan mətbəxinin ulduzu olan bu yastı çörək un və qatıqdan hazırlanır, təndirdə bişirilir və təmiz kərə yağı ilə yağlanır.

Amrıtsarı külçəsi (Hindistan)

Şimali Hindistanda bişirilir: bu xırtıldayan çörək kartof, soğan və bol ədviyyatlarla zəngindir, süfrəyə gətiriləndə üstünə təzə keşniş doğranır.

Mahjuba (Əlcəzair)

Əlcəzairin ən sevilən küçə yeməklərindən biri olan bu qalın, krep kimi yastı çörək xüsusi pomidor sousu ilə doldurulur.

Rotı prata (Sinqapur)

Üstü xırçıldayan, içi isə yumşaq olan bu məşhur Sinqapur ləzzəti adətən ət və ya balıq yeməkləri ilə birlikdə verilir.

Almojabana (Kolumbiya)

Latın Amerikasında olduqca geniş yayılmış bu ləzzətli pendirli çörək qarğıdalı unu və təzə pendirdən hazırlanır və xüsusilə səhər yeməyi üçün məşhurdur.

Nan-e barbarı (İran)

İran mətbəxinə xas olan qalın, yastı çörək, bişirməzdən əvvəl üzərinə xüsusi sous çəkildiyi və küncüt toxumu ilə bəzədildiyi üçün qızılı rəng alır.

Pampushka (Ukrayna)

Ukraynanın bu kiçik mayalı rulonları süd və yağla, şirin və ya duzlu şəkildə hazırlanır və kiçik, ayrı-ayrı porsiyalarda bişirilir.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin