Hantavirus aşkarlanan gəmidə 24 gün qaldı, sonra toya qatıldı

Hazırda oxunan: Hantavirus aşkarlanan gəmidə 24 gün qaldı, sonra toya qatıldı

612110

"YouTube" videoları ilə tanınan Türkiyəli sosial şəbəkə fenomeni Ruhi Çenet bir müddət əvvəl hantavirus aşkarlanan gəmidə səyahət etdiyini açıqlayıb.

Bizim.Media "Ntv"yə istinadən xəbər verir ki, dünyada narahatlıq yaradan virus hadisəsi ilə bağlı danışan Ruhi Çenet, həmin gəmidə 24 gün qaldığını bildirib.

O deyib ki, əvvəlcə sərnişinlərdən birinin ölümünü okean şəraiti ilə əlaqələndirsələr də, sonradan vəziyyətin düşündüklərindən daha ciddi olduğunu anlayıblar:

“Cənubi Afrikaya endikdən sonra qan analizi verdik və aidiyyəti qurumlarla əlaqə saxladıq. Hazırda sadəcə simptomları izləyirik.”
 

O, həmçinin " New York Times⁠" qəzetinə verdiyi açıqlamada ilk ölüm hadisəsindən sonra narahat olduqlarını və otaqlarından çıxmadıqlarını deyib. Çenetin sözlərinə görə, gəmi rəhbərliyi əvvəlcə vəziyyətin nə olduğunu tam anlamayıb və sərnişinləri sakitləşdirməyə çalışıb.


Məşhur YouTuber əlavə edib ki, bir neçə həftə ictimai yerlərə çıxmağı planlaşdırmır. Ancaq onun 5 gün əvvəl Çatalcada keçirilən toy mərasimində iştirak etməsi sosial şəbəkələrdə geniş müzakirələrə və insanların tənqidinə səbəb olub.

Belə ki, toydan paylaşılan görüntülərin yerli məhəllə muxtarı tərəfindən sosial mediada yayımlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin