Qız nişanı qaytardı, ailələr küçə döyüşünə çıxdılar – ANBAAN VİDEO

Hazırda oxunan: Qız nişanı qaytardı, ailələr küçə döyüşünə çıxdılar – ANBAAN VİDEO

612131

Türkiyənin İstanbul şəhərinin Çəkməköy rayonunda nişanın pozulması səbəbindən iki ailə arasında baş verən dava nəticəsində 6 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, hadisə Mimar Sinan məhəlləsində qeydə alınıb.
 

Məlumata görə, H.K. ilə M.K. arasında nişanın pozulmasından sonra tərəflərin yaxınları arasında mübahisə yaranıb. Qısa müddətdə böyüyən mübahisə kütləvi davaya çevrilib. Tərəflər bir-birinə taxta dəyənəklər və çəkiclə hücum edib. Hadisə nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Əraziyə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb. M.K.-nin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisə yerində apardığı araşdırma zamanı davada istifadə edildiyi ehtimal olunan çəkici götürüb. Dava zamanı park edilmiş motosikletə və yaxınlıqdakı mağazalara da ziyan dəyib.

Tərəflərin bir-birinə dəyənəklərlə hücum etdiyi, bəzi şəxslərin aldığı zərbələrdən sonra yerə yıxıldığı anlar ətrafdakı şəxslər tərəfindən lentə alınıb.

Faktla bağlı araşdırma davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin