Ömürlük prezident olacaq - Referendumun nəticəsi bilindi

Hazırda oxunan: Ömürlük prezident olacaq - Referendumun nəticəsi bilindi

137797
Tacikistanda ölkə Konstitusiyasına düzəliş və əlavələrlə bağlı referendumun nəticəsi açıqlanıb.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, Tacikistan əhalisi Emoməli Rəhmonun ömürlük prezident seçilməsinin leyhinə səs verib. Bundan başqa, dövlət başçısı postuna namizədin yaş həddi 30 yaşa qədər endirilib. Bu isə indiki prezidentin oğlu Rüstəm Emomaliyə 2020-ci ildə bu posta namizədliyini irəli sürməyə imkan verəcək.

Dəyişikliyin leyhinə 94,5 faiz, yəni 3 milyon 814 min insan səs verib. Referendumda, ümumilikdə 4 milyon 402 min insan iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin