Dünən Türkiyə səmasında qəribə hadisə baş verib. Bodrumdan İstanbula uçan təyyarənin pilotları qeyri-adi hadisə ilə rastlaşıblar.
Moderator.az xəbər verir ki, təyyarənin düz qarşısından gur yaşıl işıq saçaraq sürətlə hərəkət edən kosmik gəmi keçib. Təyyarə beş min metr yüksəklikdə uçan zaman rastlaşdığı hadisənin təhlükə yaşadacağını düşünərək Atatürk Hava Limanına bu barədə məlumat veriblər. Lakin səmada heç bir qəza vəziyyəti yaranmayıb. UFO-lara aid gəmi sürətlə olduqları yerdən uzaqlaşıblar. Pilotların verdiyi raporta əsasən kosmik gəmi onların üzərindən keçib.
Elmin Nuri


































































































