ABŞ ilk dəfə olaraq öz strateji bombardman təyyarəsini İŞİD terrorçularına qarşı istifadə edib.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ ilk dəfə olaraq İraqda İŞİD-ə qarşı keçirilən əməliyyatlar zamanı B-52 strateji bombardmançı təyyarəsini istifadə edib.
BU barədə məlumat verən ABŞ-ın Yaxın Şərqdəki komandanlığının nümayəndəsi Stiven Uorren deyib ki, təyyarə ilk hava zərbəsini bir neçə gün bundan qabaq terrorçuların məskunlaşdığı Kayara şəhəri rayonunda silah anbarına endirib. Strateji bombardman B-52 təyyarəsinin bu zaman hansı silahdan istifadə etdiyi barədə məlumat verilmir.
Uorren onu da əlavə edib ki, B-52 bundan sonra terrorçuların hədəflərini dəqiq vurmaq üçün istifadə ediləcək.
Qeyd edək ki, çoxfunksiyalı xarakterə malik olan B-52 ikinci nəsil strateji bombardmançı, raketdaşıyan təyyarəsi uzaqməsafəli qitələrarası uçuşları həyata keçirir.
Bu təyyarə 1955-ci ildən etibarən ABŞ ordusunda istifadə edilir. Uzun müddət ABŞ ordusunda olmasına baxmayaraq bu təyyarə hələ də Hərbi-Hava Qüvvələrində əsas uzaq məsafəyə uçan təyyarə hesab edilir. B-52 bombardmançı təyyarəsi 31,5 ton bamba daşıma gücünə malik olmaqla yanaşı yüksəkdəqiqliklə vurma imkanına, eyni zamanda nüvə silahında istifadə etmə qabliyyətinə malikdir.








































































































