Hökumət aqrar sektora yarım milyarddan çox vəsait ayırıb

Hazırda oxunan: Hökumət aqrar sektora yarım milyarddan çox vəsait ayırıb

126307
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 2016-cı il dövlət büdcəsində 684,5 milyon manat vəsait ayrılıb.

Bu bölməyə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,7% təşkil edir ki, bu da 2015-ci ilə nisbətən 0,9% bənd çoxdur.xa0

Moderator.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”x9d kitabında öz əksini tapıb.xa0

Nazirlikdən verilən məlumata görə, dövlət ərzaq təhlükəsizliyinin təmin edilməsi və əsas qida məhsulları ilə özünün tam təmin edilməsi üçün büdcədən 186,2 milyon manat ayıracaq:

“Ərzaq təhlükəsizliyinin təmin edilməsi və əsas qida məhsulları ilə özünün tam təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədə 2016-cı ilin dövlət büdcəsində 186,2 milyon manat proqnozlaşdırılıb”x9d.

Bundan başqa, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsi üzrə maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulub.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin