Saakaşvili öz məsləhətçisini işdən qovaraq polisə verdi

Hazırda oxunan: Saakaşvili öz məsləhətçisini işdən qovaraq polisə verdi

115605
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili öz məsləhətçisi Vladimir Rezniki işdən qovub.Amma Saakaşvili bununla kifayətlənməyib.

O, hüquq-mühafizə orqanlarından xahiş edib ki, V. Reznikin fəaliyyətini araşdırsınlar.

“Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Marçenko bilavasitə cinayət başında yaxalanandan sonra şəxsən mənim tapşırığımla daxili yoxlama aparıldı və məlum oldu ki, Vladimir Reznik vilayətdə tikinti işlərinin aparılması ilə bağlı sənədlərə qanunsuz olaraq dərkənarlar qoyub”x9d, - deyə M.Saakaşvili öz facebook səhifəsində yazıb.

Qubernator qeyd edib ki, o bu gün vilayətin hüquq-mühafizə orqanlarının rəhbərlərini Odessa administrasiyasının iclasına dəvət edib və onların gözü qarşısında Rezniki vəzifəsindən qovaraq, onun fəaliyyətinin araşdırılmasını istəyib.

Saakaşvili onu da vurğulayıb ki, bütün əsas strukturlarda maliyyə yoxlamaları aparılacaq və administrasiya “kabinetli korrupsiyaçılar”x9ddan təmizlənəcək.


Onun sözlərinə görə, administrasiya əməkdaşlarının sayı artıq 800-dən 400-ə endirilib.

Qubernator onu da vurğulayıb ki, “köhnə rəhbərlik, demək olar, tamamilə yenilənəcək”x9d.(virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin