Bakı-Sumqayıt marşrutunda gediş haqqı qonşu ölkələrin dəmir yolunda müvafiq tarıf qiymətləri ilə müqayisədə xeyli ucuzdur.
Bu barədə “Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyindən AzVision.az-a verilən məlumatda deyilir.
Sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. Sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər bu il sentyabrın 15-dən qüvvəyə minib.
Tarıf Şurasının qərarı olduqca ədalətlidir. Çünki təyin olunan qiymətlər qonşu ölkələrin müvafiq tarıf qiymətləri ilə müqayisədə xeyli ucuzdur.
Məsələn, Rusiya Federasiyasında fəaliyyət göstərən “Aeroekspress”x9ddə 45 km-lik məsafədə gediş haqqı 6, 30 AZN, Estoniyada şəhərətrafı elektrik qatarlarında 35,9 km-lik məsafədə gediş haqqı 3, 35 AZN, Ukrayna Respublikasında şəhərətrafı elektrik qatarlarında 37 km-lik məsafədə gediş haqqı 2, 90 AZN, Özbəkistan Respublikasında şəhərətrafı elektrik qatarlarında gediş haqqı 2, 50 AZN, Türkiyə Respublikasında 46 km-lik məsafədə gediş haqqı 5, 20 AZN, Qazaxıstan Respublikasında şəhərətrafı elektrik qatarlarında gediş haqqı 6, 10 AZN təşkil edir.
Müqayisəli cədvəl
Rusiya Federasiyası
“Aeroekspress 45-30 km 6, 30 AZN,
Estoniya 35,9 km 3, 35 AZN
Ukrayna 37 km 2, 90 AZN
Özbəkistan Şəhərətrafı elektrik qatarları 2, 50 AZN
Türkiyə 46 km 5, 20 AZN
Qazaxıstan Şəhərətrafı elektrik qatarları 6, 10 AZN
Azərbaycan 42 km 0.80 AZN

































































































