Moderator.azxa0- ın xəbərinə görə, millət vəkili BQP başqanı Fazil Mustafaxa0xa0bugün yeni dərs ilinin başlanması münasibəti ilə xa0məktəbə ilk qədəm qoyan övladlarımızı və onların əzizlərini təbrik edib:
"Məktəbə ilk qədəm qoyan övladlarımızı, onların əzizlərini təbrik edirəm. Eyni zamanda təhsilini davam etdirənlərə uğurlar arzulayıram. Hər halda düşüncəm budur ki, 15 sentyabr 1 sentyabrı heç cür əvəzləmir. Onsuz da geridə qalan təhsilimizin hər il süni şəkildə 15 gün ləngidilməsi də ümidimizi qırmamalıdır və hər kəs gələcəyimiz naminə bilgili insan yetişdirməyə, bilgili insana çevrilməyə daha çox səy göstərməlidir. Nədənsə dərs ilinin başlamasına Bilik Günü deyirlər. Bizdə çox məsələlər kimi bu da yerinə düşməyən yanaşmadır. Biliyin konkret günü ölmür, sadəcə bir ömrə yayılan BİLİK olur. Hər gün, hər an hava, su, yemək, içmək kimi nəyisə öyrənmək, bilgilənmək zərurəti var. Bizim cəmiyyətdə olan natamamlıqlar əksər hallarda cahilliyin bilgidən daha önə çıxmasından qaynaqlanır. Üstəlik də cahilin elmi titul alması, nəyisə öyrətməsi tələbənin evini yığır, cahilin dindar olması İslamı gözdən salır, cahilin konkret peşəni, vəzifəni, yolu inhisarda saxlaması insanlara maddi və mənəvi əziyyət verir. Bu səbəbdən BİLİK günümüz olmasa da, Yaradan hər birimizə BİLİKLİ ömür nəsib etdin!"

































































































