Bu gün AMİP rəhbərliyi ilə Böyük Britaniyanın Azərbaycandakı Səfiri cənab İrfan Siddiq arasında görüş keçirilmişdir. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ofisində baş tutan görüşdə Azərbaycan Milli İstiqlal Partiyasını AMİP sədri Yusif Bağırzadə, AMİP Baş katibi Arzuxan Əlizadə və AMİP Beynəlxalq əlaqələr katibi Elşən Mustafayev təmsil etmişdir.
Görüş zamanı əsasən Azərbaycanda keçiriləcək Parlament seçkiləri öncəsi vəziyyət, eləcə də AMİP-in seçkilərdə iştirakı müzakirə olunmuşdur. Eyni zamanda Azərbaycanın Avropa məkanına inteqrasiyası, bu istiqamətdə siyasi partiyaların rolu və AMİP-in beynəlxalq əlaqələri ilə əlaqədar məsələlər müzakirə obyekti olmuşdur.









































































































