Ay tutulacaq

Hazırda oxunan: Ay tutulacaq

90529
Bu il sentyabrın 28-də Yer sakinləri Ay tutulmasını müşahidə edəcəklər. Baş verəcək bu təbiət hadisəsi 2014-2015-ci illərin dörd Ay tutulması silsiləsində sonuncudur.

Moderator.az Milli Elmlər Akademiyasının məlumatına istinadla xəbər verir ki, bu kosmik hadisə 2015-ci il üzrə Ayın Yer kürəsinə ən yaxın - 356 896 kilometr məsafədə yaxınlaşmasıyla, yəni bədirlənmiş Ayla üst-üstə düşəcək.xa0

Bədirlənmiş Ay zamanı bu göy cismi Yer kürəsindən adi ölçüsü ilə müqayisədə daha böyuk və parlaq görünəcək. Bu hadisə ümumilikdə 3 saat 20 dəqiqə davam edəcək. Ayın tam fazası isə 1 saat 12 dəqiqə davam edəcək.

Tutulma bu il sentyabr 28-də Qrinviç vaxtı ilə 1:07-də başlanacaq, 4:27-də isə başa çatacaqdır.

Bu göy hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerikanın bəzi bölgələrində müşahidə ediləcək.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin