AFFA-dan jurnalistin ölümü ilə bağlı - Bəyanat

Hazırda oxunan: AFFA-dan jurnalistin ölümü ilə bağlı - Bəyanat

89978
AFFA "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü iddia olunan jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb.xa0


Moderator.az sizi qurumun rəsmi saytında yerləşdirilən bəyanatla tanış edir.xa0

"2015-ci il avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri almış, avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat etmişdir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir.

AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin