“Türkiyə kürdlərə sivil mübarizə şansı tanımışdı”x9d

Hazırda oxunan: “Türkiyə kürdlərə sivil mübarizə şansı tanımışdı”x9d

89638
Qardaş Türkiyədə baş verən hadisələr ölkəmizdə də maraqla izlənməkdədir. Müsavat Partiyası başqanının keçmiş müşaviri Əhəd Məmmədli Moderator.az - a açıqlama verərək Türkiyədə yaşanan son gərginliyə münasibət bildirib:

"Əvvələ onu bilək ki, Türkiyə dövləti kürd partiyasını parlamentdə dördüncü güc etməklə onlara bir şans verdi. Türk toplumuna sivil qaydada qatılmaq şansı. Öz dövlətlərində şotlandlar, katolonlar kimi kürdlərə də Türkiyədə öz hüquqları uğrunda hüquq müstəvisində mübarizə aparmaq şansı. Və kürdlər dövlət tərəfindən bu şərait yaradılandan sonra imkanları qiymətləndirmək, bundan istifadə etmək əvəzinə təəssüf ki, eyforiyaya qapıldılar. Nəticə də göz qabağındadır. PKK-nı tam məhv etmək olmasa da ən azı 5-6 ilə qeri atmaq olar.  Bu 5-6 il də, reqionda sürətlə cərəyan edən proseslərə nəzər salsaq, kürdlər üçün həyatı əhəmiyyətli vaxt itkisi ola bilər.
 Əksinə, Avropaya heç xoş olmadı, xüsusən də Almaniya və Fransaya Türkiyənin bu hərbi əməliyyatları. Çünkü qeyd etdiyim dövlətlər müstəqəl İran və İsrail qardaş ölkənin reqionda güclənməsini, sonra da hegemon ölkəyə çevrilməsini heç istəmirlər. Fikir verdinizsə anti - terror əməliyyatları zamanı Türkiyəyə ilk qınaqlar məhz Fransa və Almaniyadan qəldi. Bu arada ABŞ-ın da İŞİD - i sıradan çıxartmaq məqsədi və bunun üçün də məhz Türkiyə ilə sıx birliyə girməsi qardaş ölkəyə yaxşı imkan yaratdı ki, PKK-nı məhv etsin."

Xəyal Əzizov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin