Ərdoğan Bakıdakı hərbi attaşesinə vəzifə verdi

Hazırda oxunan: Ərdoğan Bakıdakı hərbi attaşesinə vəzifə verdi

89418
Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdelerə general-mayor rütbəsi verilib. 


Səfirlikdən Moderator.az-a daxil olan məlumata görə, Ərdoğanın sədrliyi ilə toplanan Ali Hərbi Şurada alınan qərara əsasən, iki ildir ki, Bakıda attaşe olaraq çalışan Taşdeler, eyni zamanda Hərbi Akademiya Komandirliyinə Qərargah rəisi təyin edilib. 

Qeyd edilir ki, Taşdeleri Bakıdakı postunda briqada generalı İhsan Başbozkurt əvəzləyəcək. Əslən Qarsdan olan yeni attaşenin Azərbaycan dilinə də bələd olduğu bildirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin