Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

Hazırda oxunan: Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

83790

Moderator.az-ın verdiyi xəbərə görə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünyanın nüfuzlu universitetlərinin standartlarına uyğun olaraq 2015/2016-cı tədris ilindən əcnəbi tələbələrin qəbul qaydalarını elektronlaşdırıb.

Azərbaycanın iqtisad profilli yeganə dövlət universiteti və Cənubi Qafqazın ən böyük ali məktəblərindən biri olan UNEC 21 ixtisas üzrə əcnəbilərin bakalavr və magistratura səviyyələrində tələbə qəbulunu elan edir. Təhsil Azərbaycan, rus, türk və ingilis dillərində aparılır.

Əcnəbi vətəndaşlar üç dildə fəaliyyət göstərən kabinet.unec.edu.az saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edəcək və müvafiq tələblərə cavab verdikləri halda təhsil alma hüququnu qazanacaqlar. Əcnəbi vətəndaşlardan müvafiq sənədlərlə yanaşı tövsiyyə məktubu da tələb olunur.

Növbəti mərhələdə isə abituriyentlər “Skype”x9d vasitəsilə müsahibəyə dəvət ediləcək.

Sənəd qəbulu sentyabrın 10-dək davam edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin