Vasif Əlihüseyn yeni şeir kitabını təqdim etdi

Hazırda oxunan: Vasif Əlihüseyn yeni şeir kitabını təqdim etdi

83586

Moderator.az-ın verdiyi xəbərə görə, Gənc yazar Vasif Əlihüseyn “Divara yazılmış AZADLIQ sözü”x9d adlı kitabını təqdim edib. Kitabın təqdimatı iyunun 27 ”“ də Park Bulvarda yerləşən “Ali və Nino”x9d kitab mağazasında kerçəkləşib. 

Kitabda Vasif Əlihüseynin son illərdə yazdığı şeir və esseləri toplanıb. Kitabın ön sözünün müəllifi və redaktoru şair Məlahət YUSİFqızıdır. Təqimatda şairlərdən Balayar Sadiq, Məlahət YUSİFqızı, Şəfəq Sahil, Xaliq Laçınlı və həmçinin gənc yazarlardan Hədiyyə Şəfaqət, Seyran İsmayıl, Yusif Ərəbsoy, Gülbala Dadaş, Yetim Qacar və Qərib iştirak edib. 

Müəllif bildirib ki, təqdimatdan sonra “Divara yazılmış AZADLIQ sözü”x9d kitabı “Ali və Nino”x9d kitab dükanlarında satışda olacaq. Kitabın qiyməti 4 manatdır. 
 
Sevgi döyüşü

Ürəyimdə 
dalğalanır
sancdığın 
həsrət bayrağı.

Özümü aldadıram 
atəşkəs sevdasıyla.

Özümü 
səndən azad edirəm.

Amma ürəyim 
hələ də tapdanır 
sevginin işğalında.

Günü on manata işləyən 
Rayon qadını

Yaxşı ki,
sən getdin.
Sənin bilmədiyin 
hüzn başladı ömrümdə.

Bütün çay evlərinin 
iki müştərisi azaldı onda.
Günü on manata işləyən kənd qadını,
dodaq boyalarına bələnmiş 
stəkanları yudu deyinə - deyinə.

Sonra
səni qısqandığım paltarlarda
şəkillərini paylaşdın.
Bircə yol 
üzüm gəlmədi ki, soruşam:
-Müəllif kimdi?

Qayıdıb öz evimə gəldim,
qapını döydüm.
Qonşu uşağı 
qaçdı üstümə:
- Əmi muştuluğumu ver,
evdə heç kim yoxdu!


KOMPUTER ÖNÜNDƏ
SƏNİ DÜŞÜNƏRKƏN

Yadımdan çıxmırsan nə edim axı,
payız da yağışın, qış da qarımın.
Mən hansı küçəyə baxsam nə fayda,
reklam lövhəsisən qayğılarımın.

Durub, taleyimə baxıram indi,
səni sevməsəydim, gülə bilərdim.
Ürəyim komputer yaddaşı olsa,
mən ordan adını silə bilərdim.

Geriyə dönməyə çalışma daha,
bəlkə gənc olmuşam, yolu azmışam.
Mənə eylədiyin xəyanət üçün,
ömrümə ən yeni virus yazmışam.

Özümü dəyişdim, başdan ayağa,
sənə ağlamaqdan daha doymuşam.
Qapı dəstəyini qırma əzizim,
bütün arzuları koda qoymuşam.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin