Məsələ bax bundadır -Namizəd Səfərov

Hazırda oxunan: Məsələ bax bundadır -Namizəd Səfərov

82167
Avropa Məhkəməsinə Azərbaycandan hakimliyə irəli sürülən üç namizəd “kifayət qədər yaxşı təcrübəyə malik olmadığından”x9d qəbul edilməyib. 

Məlumata görə, irəli sürülən namizədlər - Avropa Məhkəməsində Azərbaycan hökumətinin nümayəndəsi Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygün Abdullayeva və 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Vüsalə Baxışova Avropa Şurası İnsan Haqları Məhkəməsi üçün uyğun namizəd hesab olunmayıblar.

Moderator.az tanınmış hüquqşünas Namizəd Səfərovun məsələyə münasibətini öyrənib. Saytın əməkdaşının "Avropa Məhkəməsində işləmək iqtidarında olan neçə hakim adı deyə bilərsiniz" sualına cavabında hüquqşünas xeyli adlar çəkib:

"Azərbaycan hakimlər korpusundan Avropa Məhkəməsində işləmək, təmsil etmək savad və bacarığına  malik onlarla hakimin adını çəkə bilərəm. Məsələn: Ali Məhkəmənin hakimləri Hikmət Mirzəyev, Şahin Yusifov, İlqar Xələfov, İlqar Dadaşov, Hafiz Nəsibov, Vəfaddin İbayev, Zakir Quliyev, Akif İsgəndərov və daha başqalarının adlarını çəkə bilərəm. Belə hakimlər Apellyasiya məhkəmələrində və hətta rayon məhkəmələrində də onlarladır. Olduqca savadlı, görkəmli, hakim kimi yetişmiş, istənilən mübahisəni həll etməyə qadir olan hakimlərdirlər. Lakin bunlardan heç birinə müstəqil qərarlar qəbul etmək imkanı verilməyəcək. Necə ki, bu gün Xanlar Hacıyevə belə bir imkan verilmir. Azərbaycandan Avropa Məhkəməsinə minlərlə şikayətlər daxil olmuşdur. Bu şikayətlər üzrə cavabdeh tərəf Azərbaycan dövlətidir. Vətəndaşların şikayətləri dövlətə qarşı yönəldilmiş olur. Azərbaycandan göndərilmiş hakim Azərbaycan dövlətinə qarşı qərar çıxarmağa qadir olmalıdır. Lakin bu gün bu mümkün deyil. Çünki bizdə məhkəmə hakimiyyəti müstəqil deyildir. Məsələ bax bundadır."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin