Jurnalist həmkarımız, Xalqxəbər.az saytının baş redaktoru Peyman Sadıqov Moderator.az-a aşağıdakı məktubu göndərərək müdafiə sənayesi Yavər Camalovun qəzəbinə gəldiyini iddia edib:
"Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov və Müdafiə Sənayesi Naziri Yavər Camalov tərəfindən mənim məhkəməyə verilməyim barədə sifariş verilib. İcra başçısının məni susdurmaqda iddialı olması onun bütün cinayət əməllərini ifşa etməyimdir.
Belə ki, öz müavini Emira Ağayevanı və baş həkim Fərhad Səfərovu yanına çağıraraq məhkəməyə vermə əmrlərini verib. Guya şərəf və ləyaqətlərini təhqir etmişəm. Görəsən, bu iki məmur şərəf və ləyaqətlərini 10 min manata dəyişirlərmi?
Belə ki, Mərdan Camalov Ulu Öndər Heydər Əliyevin adənı daşıyan muzeyi ləvğ edərək oranı "RabitəBank"ın Şirvan filialına satıb.
Bundan başqa Şahmat məktəbini ortadan yarı bölərək ticarət obyekti kimi özəlləşdirib işlədir.
Hətta Heydər Əliyevin adını daşıyan parkda "Şəlalə" çay evi açıb və oğlu tərəfindən idarə olunur.
"Çılpaqlı" adlanan ərazidə kafel və metlax zavodu açıb. Hər il dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyərək öz kafel və metlax sexindən lazımi metlaxlar alınır. Şəhərin bütün sahibkarlarını məcbur edir ki, bunun sexindən alınsın bütün mallar.
Heydər Əliyev meydanı hər il təmir olunur. Belə ki, hər il guya metlaxlar dəyişdirilir adı altında pullar yeyilir. Meydandakı metlaxların üstündən metlax vurulur. Artıq üçüncü dəfədir metlax üstünə metlax vurulur.
İcra başçısının dayısı Şirvan humanitar kollecin rəhbəri Balamirzə Məmmədovdur.
Şirvanda icra başçısının "Leyla" şadlıq sarayı vardır.
Bir müddət öncə Heydər Əliyev adına tikilən mərkəz həbs olunan "Mur Ay" MMC-nin rəhbəri tərəfindən icra başçısının təzyiqi nəticəsində tikilib.
"Sərvət" şadlıq sarayının yanında icra başçısının hektarla torpaq sahələri var.
Şirvanın 152 saylı texniki peşə məktəbinin həyəti Mərdan Camalovun qohumları tərəfindən tamamilə zəbt olunub. Təsəvvür edin ki, məktəbin həyətində hansı növ biznes obyekti istəsən tikilir, avtoyuma, ticarət mərkəzi, restoran və nələr, nələr. Çox araşdırmadan sonra öyrənə bilirsən ki, bu obyektləri Camalovun yaxın qohumları, daha doğrusu, bibisi oğlanları tikdirir.
Hazırda Şirvanda hər kəs bilir ki, torpağın kvadrat metrini M. Camalov şəxsən satır.
Bütün Şirvan sakinlərinin gözü qarşısında M.Camalov Heydər Əliyevə adına olan meydanda yerləşən Şahmat məktəbini bölərək Samir adlı oğluna verib. Hazırda obyekt telefon mağazası kimi fəaliyyətdədir. Bundan başqa Heydər Əliyev adına istirahət parkında dəbdəbəli çayxanası, uşaq əyləncə qurğuları, yayda su, dondurma, qarğıdalı satan köşkləri fəaliyyət göstərir. Həmin kompleks obyektdən gələn vəsait bilavasitə M. Camalova çatır. Obyekt əvvəllər M.Camalova yaxın adamlarından olan Statistika İdarəsinin rəisi Məharət adlı şəxsin adına rəsimləşmişdi. Qalmaqallı “Muray MMC”x9d şirkəti tərəfindən Şirvanda Heydər Əliyev adına mərkəz tikiləndən sonra M.Camalov əvvəlki yaşayış binasının altında olan Heydər Əliyev adına muzeyi də yaxın qohumlarına bağışladı. Bu yaxınlarda isə Camalovlara məxsus olan “Leyla”x9d şadlıq sarayının ətrafında 90 ədəd şam ağacını hasara alaraq həmin yeri də icra başçısı zəbt edib.
Şirvan şəhərinin mərkəzində xəstəxananın giriş qapısında səhiyyənin emblemini ləğv edərək “Apteklər kralı”x9d kimi tanınan Rəhman adlı sahibkara satıb. Şəhərdə avtomobilin, piyadaların hərəkətinə əngəl törədən həmin tikili Şirvanda böyük narazılığa səbəb olub”x9d.
Yavər Camalov məhz Müdafiə Sənayesi naziri postuna təyin olunduqdan sonra sürətlə ölkənin əsas oliqarxları sırasına inteqrasiyaya başladı. Bu gün isə nazir “Olimpik Star”x9d, “Kral”x9d, “Niaqara”x9d, “Qızıl tac”x9d, “Ambassador”x9d və bir çox başqa obyektlərin də aid olduğu şadlıq evləri, otellər, sağlamlıq-istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Daxil olan məlumatlarda bildirilir ki, Yavər Camalovun malik olduğu böyük biznes şəbəkəsi Rusiyanın paytaxtı Moskva şəhərində də kifayət qədər sahələri əhatə etmişdir. Belə ki, mənbələr bu şəbəkəyə “Elita”x9d ticarət mərkəzinin və əlbəttə ki, bir neçə restoran-şadlıq evi kompleksinin aid olduğunu bildirirlər".




































































































